Qubernatorun həbsi gərginlik yaratdı: "Biz sizə konstitusiyanı verdik, sizə bizə qandal taxırsız" - Jirinovskidən Putinə mesaj

img

09-07-2020 [14:49]


"Qanun qarşısında hamı bərabərdir".

Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Xabarovsk diyarının qubernatoru Sergey Furqalın saxlanılmasına münasibət bildirərkən deyib.

"Bu gün bu vəziyyət Xabarovsk diyarının qubernatoruna münasibətdə baş verib. Qanun qarşısında hamı bərabərdir. Çox ciddi ittihamlar irəli sürülüb. Hüquq-mühafizə orqanları hər şey düzgün ediblər", - deyə Duma sədri vurğulayıb.

Onun sözlərinə görə, partiya mənsubiyyətinin də heç bir əhəmiyyəti yoxdur: "Baxmayaraq ki, bu, 15-16 il bundan qabaq baş verib, sifarişli qətllər kimi belə ciddi ittihamlar çərçivəsində hansısa partiyaya, hakimiyyət partiyasına, ya da müxalifət, fərqi yoxdur, kim olur olsun, qanun qarşısında hamı bərabərdir".

Liberal demokrat partiyasını lideri Vladimir Jirinovski Furqalın saxlanılmasına münasibət bildirərkən hüquq-mühafizə orqanlarını tənqid edib. O, yüksək vəzifəli şəxsin bu cür saxlanılmasının düzgün olmadığını söyləyib. Bununla yanaşı, Jirinoski Furqalın partiya sıralarından çıxarılmayacağını da bəyan edib.

O, Xabarovsk qubernatorunun saxlanılmasından danışarkən Stalin dövrünü xatırladıb: "Sizə konstitusiya lazımdır, biz sizə konstitusiyanı verdik. Siz isə bizim əllərimizə qandal taxırsız. Stalinin dövründə olduğu kimi yüksək kabinetlərdə oturub fəaliyyətə başlayırsız".

Kremlin mətbuat katibi Dmitri Peskov da qubernatorun saxlanılmasına münasibət bildirib. Onun sözlərinə görə, Furqalın cinayətkar qruplaşmaya aid olub-olmadığını məhkəmə göstərəcək: "Hələlik nəticə çıxarmaq tezdir".

Qeyd edək ki, S. Furqal hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, silsilə cinayətlərdə ittiham olunur. S. Furqalın mütəşəkkil cinayətkar dəstə ilə əlbir olaraq Xabarovsk diyarı və Amur vilayətində 2004-2005-ci illərdə iş adamlarına qarşı qətl cinayətləri törətməkdə şübhəli olduğu bildirilib. S. Furqalın barəsində cinayət işi başlanılıb. S. Furqal 2018-ci ildən Xabarovsk diyarının qubernatorudur. O, Rusiya Liberal Demokrat Partiyasından namizədliyini irəli sürərək seçkilərdə 70 faiz səs toplayıb. S. Furqal Rusiya Dövlət Dumasının deputatı olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR