Dünyanın ən zəngin adamının sərvəti rekord həddə çatıb

img

09-07-2020 [12:13]


Dünyanın ən zəngin adamı, ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezosun sərvəti yenidən tarixi rekordu yeniləyib. İş adamının sərvəti 182,6 mlrd. ABŞ dollarına çatıb.

"Forbes" jurnalının verdiyi məlumata görə, bununla belə, iyulun əvvəlində C. Bezosun sərvəti 171,6 mlrd. dollar idi. Göründüyü kimi, ayın əvvəlindən iş adamının sərvəti 11 mlrd. dollar artaraq ikinci dəfə rekord səviyyəyə çatıb.

Bu vəziyyət "Amazon" şirkətinin səhmlərinin dəyərinin davamlı artması fonunda müşahidə olunur – cümə axşamı günü səhmlər 2,7% bahalaşaraq rekord 3 081,11 dollara çatıb, şirkətin kapitallaşması isə 1,54 trln. dollara yüksəlib. C. Bezos "Amazon"un 11,1% payına sahibdir. O, 2017-ci ildən bəri "Forbes"in ən zəngin adamları siyahısının lideridir.

Qeyd edək ki, bu ilin aprelində "Forbes" jurnalı C. Bezosu dünyanın ən zəngin insanları arasında birinci yerə layiq görüb. Həmin vaxt onun sərvəti təxminən 113 mlrd. dollara bərabər olub/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub