Zakir Həsənovun müavini vəzifədən çıxarıldı - Yeni təyinatlar

img

09-07-2020 [10:29]


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, general-leytenant Nizam Osmanov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrinin müvəqqəti icrasına təyin olunub.

 Məlumata görə, Müdafiə nazirinin əmri ilə general-leytenant F. Məmmədov nazirlikdə başqa vəzifəyə təyinat alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR