Ermənistanda son sutkada daha 535 nəfərdə koronavirus aşkarlandı

img

08-07-2020 [11:15]


Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 535 nəfər artaraq 29 820-yə çatıb.

Bu barədə ölkənin Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzindən bildirilib.

Eyni zamanda, son bir gündə Ermənistanda 18 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 521-ə yüksəlib.

Qeyd olunub ki, virusa yoluxan 17 427 pasiyent sağalıb. Hazırda 11 708 nəfər infeksiyadan müalicə olunur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR