Neftin qiymətinin artacağı gözlənilir

img

08-07-2020 [10:39]


ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu ilin II yarısı və gələn il ərzində neftin qiymətinin artacağını gözləyir.

“Report” EIA-nın iyul ayı üzrə hesabatına istinadən xəbər verir ki, neftin qiymətinin artması ilə bağlı proqnoz qurumun bu ilin II yarısı və gələn il üzrə qlobal neft ehtiyatlarının azalması gözləntisi ilə bağlıdır.

 “Brent” markalı neftin iyun ayı üzrə orta qiyməti 40 dollar/barel təşkil edib.Bu isə may ayının orta göstəricisindən 11 dollar, aprel ayından isə 22 dollar yüksəkdir. İyun ayında bir neçə regionda karantin qaydalarının aradan götürülməsi və OPEC+ sazişi çərçivəsində hasilatın azaldılması ilə qlobal təklifin aşağı düşməsi nəticəsində neftin qiyməti artıb. İyun ayında OPEC+ ölkələri hasilatın böyük həcmdə azaldılmasını iyul ayında da həyata keçirəcəklərini açıqlayıb", - hesabatda bildirilib.

EIA proqnozlaşdırır ki, bu ilin II yarısı üzrə “Brent” markalı xam neftin bir barelinin aylıq orta qiyməti 41 ABŞ dolları, 2021-ci ildə isə 50 ABŞ dolları təşkil edəcək. Bu ilin II yarısı üzrə proqnoz EIA-nın əvvəlki proqnozundan 4 ABŞ dolları, gələn il üzrə isə 2 ABŞ dolları yüksəkdir.

EIA-nın proqnozuna görə, gələn ilin sonuna “Brent” markalı neftin bir barelinin qiyməti 53 dollaradək artacaq.

WTI markalı neftin bu ilin II yarısı üzrə orta aylıq qiyməti 38 ABŞ dolları, gələn il  üçün isə 46 ABŞ dolları proqnozlaşdırılır. Bu da EIA-ın əvvəlki proqnozundan 2 dollar yüksəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR