"İcra başçıları rüşvəti birbaşa özləri alır, nazirlər isə..." - Ekspertdən DTX-nin əməliyyatlarına şərh
07-07-2020 [18:00]
“Rüşvət və korrupsiyaya qarşı əməliyyatlar davam etdirilməlidir. Çünki bu bəla bütövlükdə idarəetmə sistemində kök salıb”.
Mia.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a ləğv olunmuş Milli Təhülkəsizlik Nazirliyinin keçmiş şöbə rəisi, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçiridyi anti-korrupsiya əməliyyatlarına münasibət bildirərkən deyib.
Hakimiyyət islahatlar kampaniyası elan edəndən sonra yerli və mərkəzi icra hakimiyyətlərində anti-korrupsiya əməliyyatlarına start verilib. Sonuncu belə əməliyyat Xarici İşlər Nazirliyində keçirilib(XİN).
DTX-nın keçirdiyi əməliyyat nəticəsində XİN-in İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurpaşa Abdullayev saxlanılıb.
İlham İsmayılın sözlərinə görə, bu əməliyyatlar kifayət qədər peşəkarlıqla keçirilib.
“Bu əməliyyatların üstünlüyü ondadır ki, burada sübutlar da, etiraflar da göz önündədir. Diqət etmisinizsə, saxlanılan şəxslərdən heç biri “bu mənim imzam deyil”, yaxud “bu əməlləri mən törətməmişəm” demir. Çünki ortada kifayət qədər sübut var və ictimaiyyət də baş verənləri əməliyyat çəkilişlərindən izləyir. Bu, peşəkarlıqdan xəbər verir və hesab edirəm ki, bu cür əməliyyatlar bütün “cəbhələr”də davam etməlidir. Çünki rüşvət və korrupsiya bütövlükdə idarəetmə sistemində kök salıb”, - deyə ekspert vurğulayıb.
İlham İsmayıl yerli icra hakimiyyətlərindən fərqli olaraq mərkəzi icra hakimiyyətlərində keçirilən əməliyyatlar zamanı birinci şəxslərin məsuliyyətə cəlb olunamasına da toxunub.
“İcra başçıları rüşvəti birbaşa özləri alırdılar. Bu, əməliyyat çəkilişlərindən də aydın görünür. Yəni, onların həbsi üçün ortada sübutlar var. Amma nazirliklərdə vəziyyət bir qədər başqa cürdür. Orada rüşvəti aşağı ranqlı məmurlar alaraq yuxarıya ötürür. Yəni, hansısa naziri rüşvət alarkən yaxalamaq bir qədər müşkül işdir. Ona görə də ələ keçən aşağı ranqlı məmurlar olur. Onların bu pulları kimlərə ötürdüyünü isə istintaq müəyyən etməlidir”, - deyə ekspert vurğulayıb.
İlham İsmayıl əməliyyatların görüntü xarakterli olması barədə mülahizələrə münasibət bildirərkən deyib ki, istənilən halda belə əməliyyatlara ehtiyac var: “Əlbəttə ki, korrupsiyaya qarşı mübarizə sistemli xarakter daşımalı və idaretmə sistemi də dəyişməlidir. Amma hətta görüntü xarakterli olsa belə, anti-korrupsiya əməliyyatları davam etməlidir. Əvvəla, ona görə bəzi məmurlar davranışlarında korektələr etməyə məcbur olurlar, vətəndaşları çox incitməkdən çəkinirlər, ikincisi isə cəmiyyət bunu dəstəkləyir və görünən odur ki, artıq əhali korrupsioner məmurların idaərçiliyindən cana doyub”.
"Bakcell"dən 25 apreldə 100 000 GB kütləvi hədiyyə
Bakıda taxta bazarı yanıb - FOTOLAR (Yenilənib)
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib (Yenilənib)
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb