"Ege Hospital"da şok olay: ölmüş adamı əməliyyat etmək istəyiblər - İddia+ Rəsmi açıqlama
07-07-2020 [17:01]
Ege Hospitalında ölüm hadisəsi baş verib.
“Report” xəbər verir ki, bu barədə 72 yaşlı pasiyent Əliyəsər Xasməmmədovun yaxınları məlumat yayıblar.
Yaxınları xəstənin ölümündə hospitalın kardioloq-cərrahı Ülvi Mirzoyevin günahkar olduğunu iddia ediblər. Ə.Xasməmmədovun qızı Səbinə Nəzərova isə iddiasını sosial şəbəkədə ictimailəşdirib:
“Ülvi Mirzoyev ayın 24-ü atamı müayinə edib diaqnoz qoydu ki, stend qoymaq lazımdır. Təklif etdi ki, anju eləmişəm əgər yanınızda pul varsa, indi qoyaq. Çünki 98 faiz damarları tutulub. Dedi ki, 6 ədəd stend qoymaq lazımdır. Soruşduq ki, bu qədər stend qoymaq olarmı? Dedi ki, bəli mən 8 ədəd belə qoymuşam. 10 000 manat ödəyib razılaşdıq. 2 gün sonra buraxdılar, ayın 4-də gecə atam özünü pis hiss edirdi və təcili tibbi yardım yoxlayıb dedi ki, bu qədər stend qoymaq olmaz. Atam səhər öz maşını ilə anamla həkimə gedib. Həkim deyib ki, 1500 manat ödədikdən sonra müayinəyə gəlin. Yarim saat sonra isə sənədləri gətirib ki, imzalayın açıq əməliyyat edək. Anam həkimə dedi ki, xəstəni göstərin, sonra biz imzalayaq. Deməli, xəstə artıq dünyasını dəyişib və bu özünə həkim adı qoyan məxluq ölmüş insanı əməliyyat etmək istəyirmiş. Biz ondan bunun səbəbini soruşmaq istəyəndə artıq həkimin ortalıqda olmadığını gördük. Üstəlik, 200 manat ödəyərək atam məscidə yumağa göndərib. Sən kimsən ki, kiminsə meyitini icazəsiz məscidə aparasan?!”
Ülvi Mirzoyev
Ü.Mirzoyev isə “Report”a açıqlamasında qeyd olunanların böhtan olduğunu bildirib.
“Qeyd olunanlar hamısı əsassız fikirlərdir. Bunlar sosial şəbəkələrdə əsası olmayan məlumatları yayırlar. Biz həmin xəstəmiz üçün çox vuruşduq. Mənimlə yanaşı digər həkimlərimiz də xəstəmizin həyatdakı son saniyəsinə qədər onu xilas etmək üçün mübarizə apardıq. Onun ölüm səbəbi biz deyilik, bizim hansısa yanlış hərəkətimiz, yanlış müalicə, səhv əməliyyat olmayıb. Hər şey doğru olub, hər şey Avropa Kardiologiya Cəmiyyətinin, Amerikan Ürək Assosiasiyasının, eləcə də Azərbaycanın Kardiologiya Cəmiyyətinin ümumi tövsiyələri əsasında həyata keçirilib. Mən Türkiyədə və İngiltərədə universitet bitirmişəm. Nüfuzlu universtitetlərdə təhsil almışam. 20 illik stajım var. Əlbəttə, hər bir həkim səhv edə bilər. Amma konkret olaraq bu xəstəmizlə bağlı bizim heç bir səhvimiz olmayıb. Xüsusən də burada heç bir səhlənkarlıqdan söhbət gedə bilməz. Xəstəmizin anadangəlmə laxtalanma problemi olub. Yüksək dozalarda verdiyimiz qandurulducu dərmanlara baxmayaraq damarlarında tramboz oldu və xəstə ikinci dəfə gələndə biz o trambozu müalicə etməyə çalışsaq da, alınmadı. Ona görə də biz əməliyyat qərarı versək də çatdıra bilmədik və xəstəmizin ürəyi dayandı. Biz dərhal digər reanimasiyan tədbirlərə keçsək də onun həyatını xilas etmək mümkün olmadı”.
Həkim xəstənin yaxınlarının stend sayı ilə bağlı iddialarına münasibət bildirib. Onun sözlərinə görə, heç bir tibbi ədəbiyyatda stend sayında məhdudiyyət yoxdur. Ü.Mirzoyev qeyd edib ki, məsələ stendin sayında deyil, xəstəliyin yayqınlığındadır:
“Tibbdə 100 faizlik nəticə yoxdur, ən çox baş verən ölüm də ürək-damar xəstəliklərindəndir. COVID-19-dan 3 faizlik ölüm nisbəti var – bu xəstəlikdən kimsə rəhmətə gedəndə heç təəccüblənmirlər. Amma ürək-damar xəstəliklərindən kimsə vəfat edəndə, dərhal sensasiya olur və həkimlər hədəfə alınır. Biz Allah deyilik və hər şey də bizim əlimizdə deyil. Xəstənin yaxınları da həmin gün bütün bu məsələlərlə bağlı bizimlə araşdırma aparmadan xəstəxanada hay-küy saldılar və qapını qırdılar. Onlar bizi məsələni izah etməyə imkan vermədilər. Amma biz hər şeyi onların yaxınlarından birinə izah etdik”.
Kardioloq-cərrah xəstənin öldükdən sonra əməliyyat etmək istədiyimiz barədə məlumatlar da əsassızdır: “Guya biz ölmüş cənazəni əməliyyat etmişik, bunlar hamısı absurd fikirlərdir. Hospitalda kamera görüntüləri var. Bu, hər şeydən əlavə insanlığa və ağıla sığan bir şey deyil. Xəstə dünyasını dəyişəndən sonra yaxınları istəyinə uyğun olaraq hospitalın müəyyən işçiləri cənazənin yuyulmasın üçün köməklik göstəriblər. Onun həkimlərlə, şəxsən mənimlə heç bir əlaqəsi yoxdur”.
"Neftçi" ikinci pilləyə yüksəlib
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO