Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalara məşq üçün icazə verilib

img

07-07-2020 [14:50]


2020/2021 mövsümün Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalara məşq üçün icazə verilib.

Bu barədə "Neftçi"nin Mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı Gənclər və İdman Nazirliyindən bütün klublara məlumat verilib. Komandalar sərt karantin rejiminin tətbiq olunmadığı bölgələrdə avrokuboklara hazırlaşa biləcəklər.

"Neftçi" rəsmisi Qəbələdə hazırlıq keçmək istədiklərini əlavə edib.

Qeyd edək ki, yeni mövsümdən "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında iştirak edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA