Bibiheybətdə neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı iddialar nəzarətə götürülüb

img

07-07-2020 [13:40]


"Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı mətbuatda yayılan iddialar nəzarətə götürülüb". 

Bu barədə Mia.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin ünvanda ərazinin zəbt olunması ilə bağlı iddiallar əsassızdır, təsdiqini tapmayıb:

"Buna baxmayaraq, fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, fakta hüquqi qiymət veriləcəkdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR