"Beynəlxalq reyslərin normal şəkildə bərpası yalnız gələn ilin yazında mümkün olacaq" - Ekspert

img

07-07-2020 [13:29]


“Report” Rusiya bürosuna eksklüziv müsahibəsində “avia.ru” portalının baş redaktoru, ekspert Roman Qusarov beynəlxalq uçuşlara qoyulan qadağanın müddətinin uzadılması, ölkədəki epidemioloji vəziyyət və sərhədlərin açılmasının təhlükəli olması barədə danışıb.

- Bildiyiniz kimi, Rusiya və bir sıra digər ölkələr beynəlxalq reyslərə qoyulan qadağanın müddətini avqustun 1-dək uzadıblar. Bu qərar nə dərəcədə gözlənilən idi?

- Böyük ölçüdə, bu qərar gözlənilən idi, çünki dünyanın bir çox ölkəsindəki epidemioloji vəziyyəti diqqətlə izləsək, durumun əhəmiyyətli dərəcədə yaxşılaşmadığını görmək olar. Bəzi ölkələrdə vəziyyət yaxşılaşır, onlar sərhədləri açır, amma ümumilikdə ÜST həmişə qeyd edir ki, dünyada yoluxma hallarının sayı artmaqdadır və bu, gözləntilərimizdə nikbinlik yaratmır.

Əlbəttə, yay kurort mövsümünün baş tutmasını və xaricə sərbəst buraxılmağımızı istərdik. Ancaq problem təkcə ölkəmizin bizə xaricə çıxamağa imkan verməməsində deyil, problem həm də ondadır ki, başqa ölkələr bizi sərhədlərindən içəri buraxmırlar. İndi əksər ölkələr sərhədlərini rusiyalılara bağlayıb. Məsələn, Aİ tamamilə bağlayıb. Buna görə də istək, hava əlaqəsini açmaq imkanı olsa belə, bu ölkələrin səlahiyyətliləri ilə razılaşa bilməyəcəyik. Odur ki, avqustun 1-dən bəzi yerlərə uçuşlar açılsa da, bunun ayrı-ayrı ölkələrlə və çox güman, qısamüddətli olacağını düşünürəm. Hələ payız qabaqdadır, infeksiyanın yayılmasında daha bir dalğa gözlənilir, buna görə də təəssüf ki, ən pessimist ssenari gerçəkləşəcək.

Beynəlxalq reyslərin az-çox normal şəkildə bərpası barədə danışmaq yalnız gələn ilin yazında mümkün olacaq. Payızda dünyada hər zaman müxtəlif infeksiyaların yayılması olur, bu, qışda da davam edir, buna görə də düşünürəm ki, 2021-ci ilin yazından əvvəl sərhədlərin açılmasını və müəyyən ölkələrə getmək üçün icazə alacağımızı gözləmək lazım deyil.

- Sizcə, avqustun 1-də hansısa istiqamətə hava əlaqəsi bərpa edilərsə, bu, hansı ölkələrlə olar?

- Düşünürəm ki, beynəlxalq xətlərdə hava nəqliyyatı gələn aydan etibarən bərpa olunarsa, bu Federal Hava Nəqliyyat Agentliyinin hazırladığı yol xəritəsinə əsasən baş verəcək. Bu, beynəlxalq uçuşların tədricən açılması üzrə plandır. Bu, elə-belə yaranmayıb, digər ölkələrin hökumətləri ilə məsləhətləşmələr əsasında tərtib edilib və çox güman ki, bu, daha yaxın iqtisadi əlaqələrimiz, daha sıx mədəni və qohumluq bağlarımız olan ən yaxın qonşularımız - MDB ölkələri olacaq.

Mən hələ bir çox ölkələrdə Epidemiyalara qarşı mübarizə üzrə Sovet məktəbindən istifadə edildiyi və bunun Sovet dövründə olduğu kimi, indi də ən yüksək nəticələr göstərdiyi barədə danışmıram. Bir çox həkim Sovet dövründə universitetlərdə oxuyub, eyni peşəkar dildə danışırıq. Bu, hər hansı problem yaranarsa, bunları onlarla birlikdə həll etməyin daha asan olacağını göstərir.


Digər xəbərlər
SON XƏBƏRLƏR