"Niyə məmurlar, onların övladları..." - Hüquq müdafiəçisindən sərt açıqlamalar
07-07-2020 [12:37]
Bir neçə gün əvvəl “Fairmont Baku” hotelində DİN tərəfindən əməliyyat keçirilərək karantin qaydalarını pozan şəxslər saxlanılıb. Əməliyyatdan sonra biznesmen Fətulla Babayevin oğlu İsmayıl Babayev özünün “İnstagram” səhifəsində jurnalistlərin ünvanına təhqiramiz ifadələr səsləndirib.
İ.Babayev media nümayəndələrini insanların istirahətinə maneçilik törətməkdə günahlandırıb: “Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və “Fairmont” bağlandı. Jurnalistlər, xəbər saytları, rahat olun, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq”.
Bu hadisədən sonra isə İsmayıl Babayev polis tərəfindən saxlanılıb və Səbail rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, əslində, təkcə jurnalistlər yox, bütün camaat o şəxsləri tənqid eləyib:
“Mən özüm də daxil olmaqla hər kəs “Facebook”da buna reaksiya verdi. Karantin hər kəsə aiddir. Əgər prezident və həyat yoldaşı bu gün harasa gedəndə ağzına maska taxırsa, niyə məmurlar, onların övladları riayət etməməlidir?
Onlar çox qudurublar...
Pulu çox olanlar niyə karantini gözləməməlidir?
Hesab edirəm ki, jurnalistlər bunu yazıb daha da ictimailəşdirməklə çox düzgün hərəkət ediblər. Həmçinin polisin məsələni ifşa etməsi də çox yaxşı idi. Prezident özü hər şeyə cavab verdi ki, karantin hamıya aiddir. Heç kəs bundan özünə fərqli məna çıxara bilməz. Hər kəs hazırkı qaydalara tabe olmalıdır. Bu, müharibədir. Yəni camaat bunu başa düşmür?
Bu gün xalq olaraq xəstəliklə müharibədəyik və müharibədə güllə kasıbla dövlətlini seçmir. Ona görə də həm özlərinin, həm də yaxınlarının yoluxmaması üçün bu tip hərəkətlər etməməlidirlər. Bunu başa düşmürlərsə, vəziyyət çətindir”.
Məmur övladlarına, o cümlədən karantin qaydalarını pozan iş adamlarına qarşı hansı tədbirlərin görülməli olduğuna gəldikdə isə Novella Cəfəroğlu vurğulayıb ki, məhz bu baş verənlər artıq sözügedənlərə örnək olacaq: “Çünki İlham Əliyev məsələyə kəskin şəkildə mövqe bildirdi, sözünü dedi. Artıq qorxarlar”.
Yenisabah.az
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb