“Hövsan ərazisində içməli su ilə bağlı yaranan problemin “Azəriqaz”la hər hansı əlaqəsi yoxdur” - Mətbuat katibi

img

06-07-2020 [19:18]


“Hövsan ərazisində, xüsusilə də kənd Hövsanda içməli su ilə bağlı yaranan problemin “Azəriqaz”la  hər hansı əlaqəsi yoxdur”.

Bunu “Report”a "Azəriqaz" İstehsalat  Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Hövsanda qaz xətti çəkən şirkətin magistral su xəttini zədələməsi ilə bağlı yayılan xəbərə münasibət bildirirkən qeyd edib.

  O bildirib ki, sözügedən su xəttinin zədələnməsində “Azəriqaz”  və yaxud hər hansı qaz çəkilişi ilə məşğul olan podratçı təşkilatın əlaqəsi yoxdur: “Bu su xətti başqa səbəbdən zədələnib, həmin ərazidə suyun olmaması isə bu xəttin zədələnməsi ilə bağlıdır. Qaz təsərrüfatı ilə məşğul olan təşkilat bu xətti zədələməyib. Ümumiyyətlə, hazırda “Azəriqaz” Hövsanda  hər hansı qaz xəttinin çəkilişi ilə məşğul deyil. Bir müddət əvvəl orada təmir-tikinti işləri aparmışıq,  amma o işləri başa çatdırmışıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR