Qızılağac Milli Parkında yanğın məhdudlaşdırılıb

img

06-07-2020 [20:43]


Lənkəran rayonunda Qızılağac Dövlət Təbiət Qoruğunda  baş verən yanğının qarşısı alınıb və məhdudlaşdırılıb. 

APA-nın məlumatına görə, yanğının genişmiqyaslı olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qurumları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və kənd əhalisinin köməkliyi ilə qısa zamanda yanğın məhdudlaşdırılmasına nail olublar.

***

Bu gün Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində Qızılağac Milli Parkının ərazisinə keçib. 

Mia.az xəbər veirr ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. 

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır. 

Havaların isti və quraq keçməsi ilə əlaqədar  ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.


Digər xəbərlər
SON XƏBƏRLƏR