Şəmkirdə stolüstü oyunlar təşkil edənlər saxlanıldı

img

06-07-2020 [15:40]


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəmkir rayon Polis Şöbəsinin  əməkdaşları tədbirləri davam etdirir.

DİN-in  Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ qərargahın və Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən reyd zamanı qəsəbədə yerləşən bir neçə kafe sahibləri dəfələrlə xəbərdarlıq edilsə də, müştərilərin arasında sosial məsafələri qorumayaraq, stolüstü oyunlar təşkil edərək karantin rejiminin qaydalarını kobud şəkildə pozduqları aşkar edilib.

Həmin obyekt sahibləri - Elnur Məcidov və Xəqani Süleymanov saxlanılaraq RPŞ-yə gətirilib, barələrində İnzibati Xətalar Məcəlləsinin 211 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 8 gün müddətində inzibati qaydada həbs edilib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR