"Koronavirus əlamətləri olan şəxslər faktiki yaşadıqları ərazilərdəki poliklinikalara müraciət etməlidirlər"

img

06-07-2020 [15:15]


Hansısa şəhər və rayonda qeydiyyatda olub, ancaq Bakıda yaşayan şəxslərin hansı poliklinikaya müraciət etmələri ilə bağlı məsələyə aydınlıq gətirilib.  

COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov APA-ya açıqlamasında bildirib ki, başqa şəhər və rayonlarda qeydiyyatda olan, lakin Bakı şəhərinin ərazisində yaşayan vətəndaşlar faktiki yaşayış yeri üzrə müvafiq ambulator poliklinik müəssisəyə müraciət edə bilərlər.

Onun sözlərinə görə, həmin ambulator poliklinik müəssisə tərəfindən müraciət edən şəxsə müvafiq tədbirlərin görülməsi üçün müvəqqəti ambulator kart açılır. Həmin vətəndaşın müraciəti bu poliklinikanın ərazisində yaşayan digər vətəndaşlardan heç bir halda fərqlənmir.

N.Seyidov qeyd edib ki, əgər vətəndaşda koronavirusun əlamətləri varsa, eyni zamanda koronaviruslu xəstə ilə təmasda olubsa, bununla bağlı yaşadığı ərazidəki poliklinikaya müraciət etməlidir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR