Baş Prokurorluq Naftalandakı qətllə bağlı məlumat yaydı

img

05-07-2020 [12:30]


İyulun 4-də gecə saat 23 radələrində Naftalan şəhərində yaşadıqları evin yaxınlığında şəhər sakinləri - 1979-cu il təvəllüdlü Elnurə Verdiyevanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, qızı 2002-ci il təvəllüdlü Aysun Həsənovaya isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Respublika Baş Prokurorluğundan Mia.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İlkin araşdırmalarla cinayətin zərəçəkmişin əri Zəfər Məmmədov tərəfindən ailə-məişət zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Zəfər Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR