“Yoluxmuş şəxslərin evi tərk etməsi yayılmaya daha çox təsir edir" - Ramin Bayramlı

img

03-07-2020 [18:06]


“Yoluxmuş şəxslərin və onlarla təmasda olanların evi tərk etməsi koronavirus infeksiyasının yayılmasına təsir edən amillərdəndir. Bizim o qədər imkanımız yoxdur ki, hər kəsə tək-tək nəzarət edək”. 

Mia.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, yoluxmuş ola biləcək və aşkar edilməyən faktlar da təhlükəli haldır: “Ona görə də qoyulan qaydalara ciddi əməl etmək lazımdır. Simptomları olmayan şəxslər də var. Evdə müalicə alan şəxslərin sağlamlığına nəzarət edə bilərik. Gün ərzində iki dəfə həmin şəxslər sorğu-sual edilir və evlərə mütəxəssis göndərilir. Nəzarət daha da sərtləşdiriləcək”.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə deyib ki, ev şəraitində koronavirusdan müalicə alan şəxslər üçün lazım olan dərman vasitələrinin çatdırılmasına başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq