Türkiyədə fişəng fabrikində partayış olub, 2 nəfər ölüb, 73 nəfər yaralanıb - YENİLƏNİB

img

03-07-2020 [15:40]


Türkiyənin Sakariya əyalətinin Hendek rayonunda fişəng fabrikində baş verən partlayış nəticəsində azı 41 nəfər yaralanıb.

Məlumatı Türkiyə KİV-i yayıb.

Partlayış səsləri 50 km aralıdakı yaşayış məntəqəsində də eşidilib. Sakinlər partlayışı zəlzələ zənn ediblər.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Fabrikdə 195 nəfər işləyir. Hadisənin səbəbi hələ ki məlum deyil.

Bildirilib ki, son 11 ildə bu həmin fabrikdə 3-cü partlayışdır. 2009-cu ildə baş verən ilk hadisə nəticəsində bir nəfər ölmüş, 37 nəfər yaralanmışdı. İkinci hadisə 2014-cü ilin dekabrında olub. Nəticədə bir fəhlə ölmüş, 2 fəhlə yaralanmışdı./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR