"AzTV-nin rəhbərliyi dəyişəndə çox sevinmişdim, ancaq əfsuslar olsun ki..." - Nura Suri telekanalları "topa tutdu"
02-07-2020 [22:08]
Tanınmış müğənni Nura Suri efir qadağası ilə üzləşib.
16 ildir ki, müxtəlif kanallarda fərqli səbəblərdən efir qadağası ilə qarşılaşdığını deyən müğənni artıq susmayacağını deyib, mövcud problemlərin həllini istəyib.
Müğənni vətəndaş mövqeyindən çıxış edərək problemlərdən gileyləndiyini deyib:
“İnanmıram ki, eyni vaxtda mənimlə sənətə gələn dostlarım mənim qədər efir qadağası ilə üzləşsinlər. Hər zaman efir mədəniyyətinə, danışığıma, işlətdiyim ifadələrə diqqət etmişəm, efirdən istifadə edib heç kimi təhqir etməmişəm. Efir mədəniyyətimə heç kim heç nə deyə bilməz.
Canlı efirlərdə belə bu qaydalara əməl etmişəm. Nə vaxta qədər biz susmalıyıq və danışmamalıyıq? Efir mədəniyyəti olmayan, daim qalmaqalın içində, danışığını bilməyən, kimlərisə təhqir edənləri efirə dəvət etməzlər. Bilirəm ki, mənə efir qadağası bu səbəblərdən qoyulmayıb. Hər halda başqa səbəblər var. Hansısa telekanal rəhbərinin məşuqəsi məni qısqanıb, 8 il orada qadağada olmuşam. ATV telekanalında bir verilişə çağırılmışdım. Bildirdim ki, mən müğənniyəm, ekspert kimi iştirak etmək istəmirəm.
Müğənniyəmsə, mahnı təqdim etmək istəyirəm. ATV telekanalının keçmiş rəhbəri ilə bu məsələ də böyük qalmaqala səbəb olmuşdu. Efirlərdə rüşvətxorluq baş alıb gedir. İctimai Televiziya kanalı tərəfindən zaman-zaman bütün tədbirlərə dəvət almışam, onlarla hər hansı problemim olmayıb. Bütün bunlara baxnayaraq, İTV-nin rəhbəri İsmayıl Ömərov gedəndən sonra da problemlər olub. Düzdür, İsmayıl Ömərovun yerinə təyin olunan Cəmil müəllimi yaxından tanımamışam. Amma kanalı özü tək idarə etmirdi. AzTV-nin keçmiş işçisi Nadir Axundov - hansı ki, bir çox müğənnini bu kanala çıxmağa qadağa qoymuşdu, onun sözü keçirdi- vəzifəli şəxsin qohumu olduğu üçün heç kim ona söz deyə bilmirdi”.
Müğənni efirlərin şəxsi münasibət və rüşvət üzərində qurulduğunu deyib:
“Bu gün sənətdə və müğənni olmaq çox çətindir. Efirlər və bir çox aparıcılar verilişlərini rüşvət üzrə qurublar. Bəlkə də rüşvət deyil. Amma mən buna rüşvət deyirəm. Müğənnilər efirə çıxmaq üçün kanala rəsmi olaraq pul köçürürlər. Sənəti olan müğənnilər kənarda qalır, pulu olan müğənnilər efirlərdə “at oynadır”lar. Bunu araşdıra da bilərsiniz. Hansısa kanalın bir verilişinə çıxan müğənni ora aylıq pul ödəyir və ay ərzində 3-4 verilişə çıxır. Verilişin mövzusuna və qonağına kimi özləri təyin edirlər. Mən efirə pul verib çıxmaq istəmirəm. Ona görə də efirlərimiz bu gündədir.
Heç kimə sirr deyil ki, Xəzər TV hər zaman efirə bayağı müğənniləri və musiqiçiləri çıxarıb. Murad Dadaşov gələndən sonra orada müəyyən dəyişikliklər hiss olunur. Bu gün ən peşəkar çalışan İctimai Televiziyadır. Hər bir mövzu seçimində doğru-düzgün mövqe sərgiləyirlər.
AzTV-nin rəhbərliyi dəyişəndə çox sevinmişdim. Orada gənc və peşəkar kadrlara ümidim sonsuz idi. Amma əfsuslar olsun ki, belə deyil. Həmin kanalda çalışan adını çəkmək istəmədiyim bir xanım öz şəxsi münasibətləri üzərindən iş görür. Nadir Axundovu əvəz edən bir şəxsdir. Televiziyanın təbliğatı insanları doğru-düzgün məlumatlandırmaqdır. Artıq insanların televiziyada deyilən heç bir şeyə inamı qalmayıb. Çünki o qədər bayağılıq nümayiş olunurdu ki...
Elə bil bazar idi, gələn-gedən pul verib çıxırdı efirə... Mən anlayıram telekanal dolanmalıdır. Amma gün ərzində siz telekanallar reklamlardan pulunuzu qazanırsınız. Heç olmaya, reklamlardan pul qazanan verilişlər bayağı insanları efirə pul müqabilində çıxarmasınlar. Telekanalların səviyyəsini artırmaq üçün bunu etməsinlər. Reklam bir tərəfdən, reklamlı müğənnilər də digər tərəfdən, hamı pul dalınca qaçır, nə olub axı?”.
Nura Suri ölkə başçısının da telekanallarda baş verənlərlə bağlı irad bildirdiyini xatırladıb:
“Bütün telekanallarda efir qadağası ilə problemlər yaşamışam. Telekanallarda çalışan bəzi aparıcıların rəhbərliklə çox sıx münasibətləri var. Ya gərək o aparıcılara qiymətli hədiyyələr-filan bəxş edəsən ki, sənin barəndə gözəl sujet hazırlamaq üçün rəhbərliklə razılığa gəlsinlər, ya da səni başqa bir müğənninin əli ilə vuracaqlar. Efir siyasəti şəxsi münasibətlər üzərində qurulub. Bu, nə vaxtadək davam edəcək?
Ölkə başçısı tərəfindən kanalların rəhbərliyində müəyyən dəyişikliklər oldu. Çünki o da efirlərin nə durumda olduğunun fərqində idi. Amma yenə də bəzi kanallarda köhnə üsulla çalışan şəxslər qalıb. Onlar əvvəlki siyasətlərini davam etdirirlər. Ölkə başçısı da qeyd etmişdi ki, efirdə baş verənlər barədə hər şeyi mənə məruzə etmirlər, saytlar və sosial şəbəkələr vasitəsilə bir çox problemlərdən xəbərdar oluram. Kifayət sayda dövlət tədbirlərində təmənnasız iştirak etmişəm və hər zaman dövlətin yanında olmuşam. Bu gün də dövlətin yanındayam. Amma mövcud problemləri işıqlandırmaq və demək borcumdur. Demokratik ölkənin vətəndaşıyamsa, problemləri açıqlamaqda bir vətəndaş borcumu yerinə yetririrəm”/Cebhe.info
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorunun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb