"Heç nədən xəbərim yoxdur, kənddə oturmuşam..." - Azərbaycanın baş epidemioloqundan şok açıqlamalar və ATU-dan qəribə reaksiya + VİDEO
02-07-2020 [21:07]
Ölkənin koronavirus pandemiyası ilə mübarizə apardığı zamanda Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistlərin suallarını cavabsız qoyur.
Mia.az Unikal.org-a istinadla xəbər verir ki, saytın əməkdaşı növbəti dəfə baş epidemioloqla əlaqə saxlamağa çalışıb.
İ.Ağayev hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:
“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin...”.
Yeri gəlmişkən, onu da xatırladaq ki, İ.Ağayev həm də Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professordur.
***
“Bu gün ölkə mediasında Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev barəsində bəzi məlumatlar yayılıb”.
Məsələ ilə bağlı ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, karantin rejimi ilə əlaqədar universitetdə tədris prosesi dayandırıldığına görə yaşı 65-dən yuxarı olan professor İbadulla Ağayev hazırda işə çıxmır: “O, bu gün 2 nəfər qohumu ilə birgə Bakıdan kənarda, ailə üzvünün dəfnində iştirak edib. Jurnalist zəng edərkən İ.Ağayev məhz dəfn mərasimində olub. Bu durumda bir qədər emosional danışaraq jurnalistə yalnız axşam cavab verə biləcəyini bildirib.
İ.Ağayev tutduğu vəzifəyə əsasən, ictimai əsaslarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş epidemioloqu kimi fəaliyyət göstərir".
Universitetdən bildirilib ki, ATU rəhbərliyi məsələ ilə bağlı ətraflı araşdırma aparacaq.
Mia.az
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI