Koronavirusa yoluxan jurnalistdən - Açıqlama

img

25-06-2020 [18:45]


"Mənin, bacımın və həyat yoldaşımın 1 saylı Klinik Tibbi Mərkəzdə müalicəsi davam etdirilir. Əvvəlki günlə müqayisədə səhhətimizdə nisbətən sabitləşmə müşahidə olunmağa başlayıb". 

Bunu Yenisabah.az-a açıqlamasında koronavirusa yoluxmuş jurnalist Müşfiq Abdulla deyib.

"Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya, millət vəkillərindən Heydər Əliyev Mərkəzinin şöbə müdiri Soltan Məmmədova, Bəhruz Məhərrəmova, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova, işlədiyim "Cümhuriyət"qəzeti və Cebhe.info xəbər portalının baş direktoru Rafail Becanova və TƏBİB-in rəhbəri Ramin Bayramlıya göstərdikləri köməyə görə xüsusi minnətdarlığımı bildirirəm. İlkin müalicə artıq öz müsbət təsirini hiss etdirir. Doğrudur, cəmi bir gündür müalicə prosesi həyata keçirilir. Ona görə belə ağır virusla mübarizə aparan bir pasient kimi tələsik nəticə çıxartmaq istəməzdim. Ümid edirəm ki, əldə edilən irəliləyişlər davamlı olacaq və bizim ailəvi surətdə koronavirusdan tam sağalmağımıza gətirib çıxaracaq", - deyə jurnalist qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR