"Anam koronavirusdan vəfat etməyib" - "Qəbələ"nin futbolçusu

img

24-06-2020 [17:15]


"Anam bir müddət idi xəstəlikdən əziyyət çəkirdi".

Bunu apasport.az-a bu gün anası rəhmətə edən "Sabah"ın yeni transferi Amin Seydiyev deyib.

Futbolçunun anası 58 yaşında vəfat edib.

"Qəbələ"dən paytaxt klubuna keçən gənc müdafiəçi anası Şəhla xanımın uzun sürən xəstəlikdən dünyasını dəyişdiyini vurğulayıb:

"Anamın koronavirusdan vəfat etməsi barədə iddialar var. Ancaq bu, heç də belə deyil. Anamda koronavirus xəstəliyi aşkarlanmayıb. Həm onun, həm də bizim testimizin cavabı mənfi çıxıb. Sadəcə, xəstəliyi var idi, ondan rəhmətə gedib".


Digər xəbərlər
SON XƏBƏRLƏR