“Nazirlər Kabineti jurnalistlərin fəaliyyətini məhdudlaşdıra bilməz” – Hüquqşünas
20-06-2020 [14:58]
Qarşıdakı iki həftə ərzində jurnalistlər əvvəlkitək sərbəst işləyə bilməyəcəklər. Bu onunla əlaqədardır ki, Nazirlər Kabineti jurnalistləri sərtləşdirilmiş karantin zamanı xidməti vəsiqə ilə hərəkət edən işçilərin sırasına daxil etməyib.
Baş nazir Əli Əsədovun imzaladığı `Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlıəlavə tədbirlər barədə` qərara əsasən peşə fəaliyyəti ilə bağlı evdən çıxmaq ücün jurnalistlər icaze.e-gov.az saytında qeydiyyatdan keçməlidir.
Bununla yanaşı, icaze.e-gov.az saytında qeydiyyatdan keçmək üçün möhür səlahiyyətli şəxsin müracitəi lazımdır. Bu, möhür səlahiyyətli şəxs, deyəndə yəqin ki, müəssisənin rəhbəri nəzərdə tutulur. Hazırda çoxsaylı media vasitələri sosial şəbəkələr və internet üzərindən fəaliyyət göstərir və burada `möhür səlahiyətli şəxs`dən söhbət gedə bilməz.
Daha çətin vəziyyət isə Azərbaycanda akreditə olunan xarici media nümayəndələri üçün yaranıb. Bu jurnalistlərin sərtləşdirilmiş karantin dövründə necə fəaliyyət göstərəcəkləri ilə bağlı şərtlər ümumiyyətlə müəyyən edilməyib. Çünki həmin jurnalistlərin `möhürü` yoxdur.
Media məsələləri üzrə eksperti Ələsgər Əhmədoğlu Nazirlər Kabinetinin qərarında KİV-lə bağlı bəndin konstitusiya və qanunvericiliklə ziddiyyət təşkil etdiyini bildirib: “Fövqəladə vəziyyət elan edilməyibsə, karantin zamanı jurnalistlərin fəaliyyətini tənzimləmə hüququnu nə konstitusiya, nə də digər qanunlar Nazirlər Kabinetinə verməyib. Jurnalistin öz peşə fəaliyyətini icazə ilə həyata keçirməsi yalnız Konstitusiyanın 112-ci maddəsində tətbiq edilən fövqəladə vəziyyət rejimi zamanı nəzərdə tutulub. Jurnalistlərə tövsiyəm, nə zaman onları saxlasalar yerində akt tərtib edib, məhkəməyə getsinlər. Onların fəaliyyətinə mane olanlar hüquqi məsuliyyət daşıyacaq.”
Ekspert deyir ki, burada "ölkədə müstəqil məhkəmə var?" sualı veririlə bilər: “3-4 il çox zaman deyil, Avropa Məhkəməsində Konvensiyanın 10-cu maddənin pozuntusu ilə həm mənəvi həm maddi baxımdan haqq etdiyinizi alacaqsınız.”
Əhmədoğlu jurnalistlərin fəaliyyətini nizamlayan “Kütləvi İnformasiya vasitələri haqqında” qanunun 7 və 8 madələrinə də istinad edib.
Maddə 8. Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ
Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz.
Maddə 7. Senzuranın yolverilməzliyi
Kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur.
Fövqəladə və hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə kütləvi informasiya vasitələrinin azadlığı müvəqqəti məhdudlaşdırıla bilər/Azpolitko.info.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"