"Həmin səs ya əvvəllər yazılıb, ya da heç onun səsi deyil" - Hospitaldan Bəhram Bağırzadə haqda açıqlama

img

20-06-2020 [17:47]


Mərkəzi Gömrük Hospitalı (MGH) Əməkdar artist Bəhram Bağırzadənin adından sosial şəbəkələrdə yayılan səs yazısına münasibət bildirib.

Hospitalın Mətbuat Xidmətinin rəhbəri Dilarə Zamanova bildirib ki, Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalına yerləşdiriləndən sonra onun səs yazısı olmayıb.

"Sözügedən səsyazısının, həqiqətən də, Bəhram Bağırzadəyə məxsus olmasını ailəsindən soruşmaq lazımdır. Bəhram Bağırzadə iyunun 13-də digər hospitaldan bizim hospitala köçürülüb. Həmin vəziyyətdə də yatır. Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalına köçürüləndən sonra heç bir səs yazısı olmayıb. Çünki o, reanimasiya şöbəsində aparatlara qoşulub və danışmayıb. Ümumiyyətlə, həmin səsin Bəhram Bağırzadəyə aid olmasını isə ailəsi bilər, çünki o səs, bəlkə də, Bəhram bəyin səsi deyil. Həmin səs ya əvvəllər yazılıb, ya da heç onun səsi deyil", - D.Zamanova bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR