UEFA Fransanın "Marsel" klubunu cəzalandırıb

img

19-06-2020 [20:23]


UEFA Fransanın "Marsel" klubunu cəzalandırıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Liqa 1 təmsilçisinin maliyyə feyr-pley qaydaları ilə bağlı anlaşmanı pozması səbəb olub.

Klubu 3 milyon avro məbləğində cərimələyən qitə futbol qurumu 2020/2021 və 2021/2022 mövsümlərində avrokuboklardan gələn gəlirlərin 15 faizini müsadirə edəcək.

Bundan əlavə, "Marsel" qarşıdakı 3 mövsümdə UEFA-nın bayrağı altında keçiriləcək oyunlarda maksimum 23 futbolçu sifariş edə biləcək.

 Qeyd edək ki, klubun UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR