Çempionlar və Avropa liqalarının qalan oyunları ilə bağlı qərar verildi - Hansı dəyişikliklər edildi?

img

17-06-2020 [17:53]


Bu gün UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün qalan hissəsinin təqvimini açıqlayıb.

Mia.az xəbər verir ki, qurumun yarışların təşkili üzrə direktoru Corco Marketti turnirin oyunlarının 1/4 final mərhələsindən etibarən 12-23 avqust tarixlərində Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcəyini bildirib.

1/8 final mərhələsinin cavab qarşılaşmaları isə 7-8 avqustda oynanılacaq. Həmin matçların yeri barədə yaxın həftələrdə yekun qərar qəbul olunacaq.

Bundan əlavə, UEFA Avropa Liqasının pley-off qarşılaşmalarının keçiriləcəyi ölkə təsdiqlənib. 

Bildirilib ki, "8-lər finalı"nın Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində keçiriləcək. 

2021-ci il Avropa Liqasının finalı Polşanın Qdansk şəhərində baş tutacaq.

UEFA, eyni zamanda, növbəti mövsüm avrokubokların təsnifat mərhələlərində ev-səfər prinsipini ləğv edib. 

Beləliklə, təsnifat mərhələsində cavab matçları olmayacaq. 

UEFA Super Kubokuna gəldikdə isə, qarşılaşma sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR