Messi "Barselona" ilə müqaviləsini uzadacaq

img

17-06-2020 [16:05]


İspaniya "Barselona"sı yaxın vaxtlarda komandanın kapitanı Lionel Messi ilə müqavilənin bütün detallarını razılaşdıracaq. 

"Mundo Deportivo" nəşri xəbər verir ki, 33 yaşlı argentinalı hücumçunun yeni sözləşməsi 2023-cü ilə qədər hesablanacaq, amma 1+1 sxeminə əsasən bağlanacaq. Yəni, müqavilənin bitməsinə bir il qalmış Messi gələcəyini müəyyənləşdirəcək. 

Qeyd edək ki, Lionel Messinin hazırkı sözləşməsi 2021-ci ilin yayında başa çatacaq. Ulduz futbolçu 2000-ci ildə Kataloniya təmsilçisinin akademiyasına qoşulub və 2003-cü ildən əsas komandada çıxış edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR