"Qalatasaray"ın qapıçısı əməliyyat olunacaq

img

15-06-2020 [15:22]


Türkiyə Super Liqasının XXVII turunda "Rizespor"la matçda zədələnən "Qalatasaray"ın qapıçısı Fernando Musleranın əməliyyat olunacağı tarix bəlli olub. 

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, 34 yaşlı qolkiper iyunun 16-da, doğum günündə əməliyyat olunacaq. 

Qeyd edək ki, qarşılaşma İstanbul təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Muslera 15-ci dəqiqədə ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Təcrübəli qapıçının sağ ayağında iki qırıq aşkarlanıb. Onun təxminən 6 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR