Addım-addım yaxınlaşan daha dəhşətli təhlükə... - Sabiq nazir yazır
12-06-2020 [12:49]
Saleh Məmmədov,
Sabiq Maliyyə naziri, iqtisadçı professor
***
Bir neçə gün öncə CWURun dərc etdiyi dünya universitetlərinin reytinqi barəsində yazmışdım.
Bu gün məşhur QS şirkəti də tərtib etdiyi dünya universitetləri reytinqini yayınlamışdır. Təqribən situasiya bütün reytinq qurumları üzrə oxşardır. Bizim ölkəmiz üçün də tendensiya bütövlükdə eynidir. Yəni, QS də tərtib etdiyi dünyanın top 1000 universitetləri siyahasına (reytinq cədvəlinə) ölkəmizdən heç bir universitet qəbul edilməmişdir. Amma bu siyahada qonşu Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Qazaxıstanın, həmçinin Baltikyanı ölkələrin bir çox universitetləri düşmüşdür. Dünya miqyasında universitetlərin reyting qurumları çoxdur, amma bir ümumiləşdirici veb qurum da vardır ki, ən ümumi göstəricini çıxarır https://www.webometrics.info/en/Europe/Azerbaija
Bu vebqurumun müəyyən etdiyi reytinqə görə dünyanın 30 min universiteti içərisində Azərbaycanın ilk tutduğu yer 3480-ci yer Bakı dövlət Universitetidir-Azərbaycan üzrə birinci yer, ikinci yer ADA – 5584-cü yer və üçüncü yer UNEC-ə -6239-cü yer – məxsusdur.Cənubi Azərbaycanın bir neçə universiteti ilk 3000-ci qrupa düşə bilmişdir (Təbriz Universiteti-1277, Təbriz tibb elmləri Universiteti, Zəncan Universiteti, Urmiyyə, Sahand, Qəzvin universitetləri və s). Ən qeyri-normalı isə odur ki, getdikcə tərəqqi yoxdur, əksinə, universitetlər bütövlükdə əvvəlki mövqelərini itirirlər (Baxmayaraq ki, bəzi müsbət dinamika var, amma yarışmada başqa ölkələrlə müqayisədə daha yavaşdı).
Universitetlərin reytinqinin qalxması o ölkənin inkişafından, gələcəyindən, tərəqqisindən xəbər verir, belə yüksəliş yoxdursa, deməli, təhlükənin günü-gündən yaxınlaşması haqqında siqnalların gəlməsini göstərir. Universitetlərin reytinqinin belə çox aşağı səviyyədə olması müasir şəraitdə daha ağır "pandemiyadır".
Xalq olaraq bu addım-addım yaxınlaşan daha dəhşətli təhlükə haqqında düşünməmiz lazımdır. Hökümət, heç olmasa bu universitetlərdən birini nümunə kimi, dünya universiteti səviyyəsinə (World class University) qaldırması haqqında düşünməli, proqram işləməli, maliyyə ayırmalı və gələcəkdə digər universitetləri də həmin inkişaf tempinə uyğunlaşdırmalıdır.
Dünyada Azərbaycanlılardan başqa hər kəs qəti anlamışdır ki, təhsildən-elmdən kənar inkişaf, tərəqqi, müstəqillik və rifah yoxdur.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi