ATV-nin Xəbərlər Departamentinin redaktoru kanaldan getdi

img

10-06-2020 [21:37]


“Azad Azərbaycan” telekanalının Xəbərlər Departamentinin redaktoru Nicat Sadıqlı  telekanaldan ayrılıb.

Mia.az xəbər verir ki, bu barədə açıqlama verən redaktor sosial şəbəkədəki hesabında belə yazıb:

"Əziz dostlar.

Bu gün 8 il çalışdığım ATV telekanalından öz istəyimlə ayrıldım. Necə deyərlər, tarix baxımından az olsa da, insan ömrü baxımından az müddət deyil. Bu müddət ərzində “ATV Xəbər” proqramında mənə həvalə olunan redaktor, baş redaktorun müavini, şef redaktor vəzifələrinin öhdəsindən gəlməyə çalışdım.

Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm. Bir az səhhətimə fikir verməliyəm, hər şey düzələndən sonra yola davam edərik".


Digər xəbərlər
SON XƏBƏRLƏR