Qurban Qurbanov: "Bu, bizim üçün problemlər yaşadacaq" - MÜSAHİBƏ
09-06-2020 [22:40]
"Qarabağ"ın baş məşqçisi Qurban qurbanov "Sabah"a 5:0 hesabıyla qalib gəldikləri yoxlama matçından sonra mətbuat konfransı keçirib.
Təcrübəli mütəxəssis əvvəlcə 3 aylıq fasilədən sonra keçirilən ilk qarşılaşma haqqında fikirlərini bildirib.
- 3 aya yaxındır ki, böyük futboldan uzaq idik. Oyunçular həddindən artıq istəkli idi. Səhvlər də çox oldu. Bunu normal qəbul edirik. Oyun və nəticə öz yerində. Daha çox yaşıl meydanlara qayıtdığımız üçün sevinirik. İnanıram ki, qarşıdakı oyunlarımız da problemsiz olacaq.
- Bir həftəyə yaxındır ki, komanda məşqlərə başlayıb. Komandanın tam formaya düşməsi üçün nə qədər vaxt lazımdır?
- Tam cavab verə bilməyəcəyəm. Hələ konkret bir rəqəm yoxdur. Həftənin son iki günü yenə karantin olacaq, məşqlərdən uzaq qalacağıq. 21 gün vaxtımız var idisə, artıq 4 günü azalır. Həddindən çox diqqətli olmalıyıq. Fasilədən sonra ilk oyunda futbolçular istəkli, gücü çox olur. Fiziki yükləmələrdən daha çox onların bərpasına fikir verməliyik. Bu, bizim üçün problemlər yaşadacaq. Əvvəlki formaya qayıtmaq üçün çox oyun keçirməli olacağıq. Əvvəl qış hazırlığından sonra deyirdiksə ki, 3-4 tur sonra düzələrik. Ancaq indi bunu desək, yanılarıq. Düzgün hazırlıq planı qurmalıyıq, tələsməməliyik. Ola bilər ki, çempionatın sonuna komanda formasını bərpa etsin.
- Həftəsonu məşq üçün Qəbələyə gedəcəksinizmi?
- Bizdə dəqiq deyil ki, Qəbələyə gedəcəyik. 3 günlük karantinə görə getmək haqqında fikir yaranmışdı. Gərək Operativ Qərargahın da icazəsi olsun. Çünki rayonlara gediş yoxdur. Ümid edirəm ki, bizim hazırlıq planımıza görə ora getməyə ehtiyac olmayacaq.
- Karantin dövründə dincələ bildinizmi?
- Karantinin bir az yaxşı tərəfləri də oldu. Nə qədər ailəylə evdə olsaq da, işimizə görə daha çox güc sərf etdik. Hamımız üçün böyük bir imtahan idi. Futbolçularımızın da peşəkarlaşması üçün bunun faydası olacaq. Təki tam sağlamlıq geri dönsün. Çempionatın bir ay gec, bir ay tez bitməsi problem olmaz. Ümumilikdə futbol üçün böyük zərbə oldu.
- Bir həftəlik məşqdən sonra belə oyundan razı qaldınızmı?
- Bu müddətdə futbolçular passiv qalmamışdılar. İlk hissədə rəqib fərqli taktika ilə oynadı. Ümumən narahat olduğum bu gün meydandakı hərəkət yox, onların bərpasıdır. Futbolçular neçə illərdir bir yerdə oynayır. Bəzi epizodlarda artıq güc də sərf etmirdilər. Əlavə fiziki güc itirməyin qarşısını alırdılar. Bizim futbolçular topla sərbəst oynayırdılar. İkinci hissədə bir az çətin oldu. Romero və Ozobiç peşəkarlıqladıyla fərqlənirdilər.
- Maqaye Qeye öz istəyiylə klubdan ayrıldı?
- Qarşılıqlı razılıq oldu. Müqaviləsi var idi, razılıq olmasaydı, yollarımızı ayıra bilməzdik. Ona təklif var idi və razılıq əldə olundu. Bütün futbolçular da bilir ki, mənim çəkiylə bağlı tələblərim çoxdur. Karantindən sonra Qeyenin düzəlməsi bir az çətin olacaqdı. Qeyenin komanda üçün faydasl çox oldu. Həm vurduğu qollar, həm də assistləriylə ustalığını ortalığa qoya bilmişdi. Ancaq futbol get-gedə daha sürətli olur.
- Vaqner da Silvaya təkliflərin olduğu deyilir. Komandada qalacaqmı?
- Ümumiyyətlə, bütün futbolçulara demişəm ki, gözləmə mövqeyi tutmalıyıq. Bilmirik ki, gələcəkdə necə olacaq. Tələsməli deyilik. Çempionatı tam bitirməliyik. Mövsümdən sonra müqaviləsi bitən futbolçularla danışıqları bərpa edəcəyik.
- Rəşad Sadıkovla karyerasıyla bağlı fikir mübadiləsi aparmısız?
- Qərarımızı vermişik. Ciddi dəyişiklik olmazsa, qərarımız yerində qalacaq. Rəşad daha əvvəl karyerasını bitirmək istəyirdi, mən saxlamışdım.
Report
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"