İspaniyada oyuna yeni təyinat alan hakim koronavirusa yoluxub

img

09-06-2020 [16:07]


İspaniya La Liqasının oyunlarına təyinat alan futbol hakimi koronavirusa yoluxub. 

Məlumata görə, çempionatın bərpa qərarından sonra əsas hakimlər və onların köməkçiləri testdən keçib. 

Testinin nəticəsi müsbət çıxan ədalət təmsilçisi təcrid olunub. Bir neçə gün ərzində hakimlərdən növbəti dəfə test götürüləcək. 

Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR