"Klub olaraq hələ heç bir futbolçu haqqında qərar verməmişik" - "Neftçi"dən açıqlama

img

09-06-2020 [13:52]


"Klub olaraq hələ heç bir futbolçu haqqında qərar verməmişik".

Bunu "Report"a "Neftçi"nin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Dario Frederikonun klubdan ayrılmasına münasibət bildirərkən deyib. 

Klub rəsmisi 29 yaşlı braziliyalı yarımmüdafiəçinin "Neftçi" ilə müqaviləsinin davam etdiyini xatırladıb. Allahverdiyev son qərarı məhv klubun verəcəyini söyləyib: "Biz müqaviləyə görə, onu hansısa komandaya göndərmiriksə, deməli, komandada qalacaq". 

Qeyd edək ki, Dario Frederikonun "Neftçi" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR