"Alçaltmaq, təhqir etmək, ələ salmaq, lağa qoymaq..." - Damla kimə replika atdı? + VİDEO 

img

06-06-2020 [14:37]


Müğənni Damla bir həftə karantində saxlanıldıqdan sonra dünən “Xəzər” telekanalında yayımlanan "5/5" verilişində qonaq olub. 

Müğənni ünvanına yazılan tənqidlərdən danışıb: "Deyirlər, çox saxtadır, yalan danışır, özünü məsum kimi gözə soxmağa çalışır. İnsanlara özünü mələk kimi təqdim edir. Sənət adamlarının çıxışlarını hər zaman izləyirəm. Hansısa bir sənət dostumun xətrinə dəymək, alçaltmaq, təhqir etmək, ələ salmaq, lağa qoymaq, dürüstlükdürsə, səmimiyyətdir? Onlar haqda neqativ fikirlər demək və bunu "sözü üzə deyirəm" kimi qələmə vermək səmimiyyətdir? Bunları etmirəmsə, saxtakaram?". 

Damla müğənni Şəbnəm Tovuzlu ilə efirə çıxmaq istəməməsinə də aydınlıq gətirib: "Nə deyim. Nəinki Şəbnəm xanımla, heç bir sənət dostumla efirə çıxmıram. Bu haqda dəfələrlə demişəm”. 

Sözügedən görüntüləri verilişin 15-ci dəqiqəsindən etibarən izləyə bilərsiniz:

 

Yenisabah.az


Digər xəbərlər
SON XƏBƏRLƏR