Bakıda küçəyə maşınla çıxan sürücülər 100 manatdan 5 minədək cərimələnir, yaxud... - Açıqlama + FOTO

img

06-06-2020 [12:52]


Məlum olduğu kimi, gecə saatlarından etibarən fəaliyyətinə icazə verilən bəzi dövlət qurumları əməkdaşları istisna olmaqla vətəndaşların evdən çıxması qadağan edilib. Fəaliyyətinə icazə verilən şəxslər isə yalnız təmsil etdikləri orqanın xidməti avtomobilləri ilə hərəkət edə bilər.  

Mia.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki,

Operativ Qərargahın qərarı qüvvəyə mindiyi andan yol polisləri küçələrdə karantin qaydalarını pozan hərəkət iştirakçılarını saxlayır: “Artıq icazəsiz hərəkət edən avtomobillər aşkar edilib. Hazırda proses davam edir, karantin qaydalarını pozan avtomobillər polis naryadları tərəfindən məsuliyyətə cəlb edilir. Sabah sutka ərzində yollarda karantin qaydalarını pozan hərəkət iştirakçıları barədə məlumat veriləcək”.

K.Əliyev qeyd edib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu daxilində karantin qaydalarını pozanlarla yanaşı, bu ərazilərin giriş-çıxış postlarından keçməyə cəhd edənlər də olub: “Bəzi hərəkət iştirakçıları icazə olmadığı halda rayonlara getməyə və ya bölgələrdən bu ərazilərə daxil olmağa cəhd ediblər. Həmin şəxslər də polis naryadları tərəfindən saxlanılıblar”.

Xatırladaq ki, K.Əliyev bundan əvvəlki açıqlamasında qeyd edib ki, məhdudiyyət qərarı dövründə xüsusi avtomobilindən istifadə edən şəxs qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunacaq: "İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər”.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR