"Əlində telefon saxlayır, səsimizi yazıb digər aktyorlara göstərir ki..." - Musiqili Teatrının rəhbərinə sərt ittihamlar
05-06-2020 [17:49]
Əməkdar artist Çingiz Əhmədov əməkdaşı olduğu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Əliqismət Lalayevin ünvanına sərt ittihamlar səsləndirib.
Mia.az xəbər verir ki, Yenisabah.az-a danışan aktyor teatr rəhbərliyinin ədalətsizliyindən gileylənib:
“Mən 10 yaşından televiziyada böyümüşəm. 1984-cü ildən Musiqili Teatrda çalışmışam. Artıq 37 ildir ki, bu teatrda çalışıram. 2012-ci ildə heç Əliqismət Lalayevin xəbəri olmadan Əməkdar artist adını almışam.
2016, 2017, 2018-ci illərdə Prezident mükafatı almışam. Artıq dözmədim, bu yaxınlarda yanına girdim, bildirdim ki, bu mənim haqqımdır, məni mükafatdan kənarda qoyma. Dedi ki, “Sən üç ildir almısan, bir az gözlə”.
Bu yanaşma aktyora, teatrın simasına qarşı nə dərəcədə düzgündür? Ayağımı səhnəyə qoyanda xalqın alqışı, bu qədər xalq sevgisi ilə qarşılaşmışam. Tamaşaçılar məni gözləyirlər ki, çölə çıxanda şəkil çəkdirsinlər, xalq məni bu qədər sevir. O, özü də bir yazısında bildirib ki, Afaq Bəşirqızı, İlham Namiq Kamal və Çingiz Əhmədovun adına kassadan bilet alırlar. 2019-cu ildə onun bir çıxışı var, Musiqili Teatrın saytına girsəniz o çıxışı görəcəksiniz. Mən 2019-cu ildə mükafat almadım, indi də ala bilmirəm, bu, düzgündür?”
Sənətçi teatr rəhbərliyinin onun adını “Xalq artisti” fəxri adı üçün təqdim etmədiyini bildirib: “Öyrənmişəm, düz 12 ildir adımı Xalq artisti olmaq üçün təqdim etmir.
Teatrda aktyorları pis vəziyyətə salıb, sanki biz alman faşizm dövründəyik, əlində telefon saxlayır, səsimizi yazıb digər aktyorlara göstərir ki, filankəs sənin dalınca danışır. Aktyorlar məşqə əsəbi vəziyyətdə gəlirlər, direktor müavini içəri girir soruşur kim gəlib, kim gəlməyib, hesabat verirlər, həmin dəqiqə 50 manat həmin aktyorun maaşından tuturlar. Niyə? O pul hara gedir?
Təbii ki, onun cibinə. Bəsdir də qan içdiniz! Vəziyyət bax belədir. Birinci gün Nahidə Orucova, Novruz Qartal və mən ATV telekanalında qonaq olacağıq. Üçümüz də şikayətçiyik, çıxışlarımızı edəcəyik. Bizə lazım olan haqq-ədalətdir.
Cənab prezidentimiz hara baxsın, kimə baxsın, nə etsin? Haqq-ədalət olmalıdır. Mən prezidentimizin siyasətini dəstəkləyirəm. Sadəcə, onun bu xırda işlərdən xəbəri yoxdur. Bilmir ki, teatrda kimlər at oynadır. Teatr rəhbərliyi yadında saxlaya bilmir ki, teatr nə bunun özünündür, nə atasınındır, nə mənimdir, nə də mənim atamın. Teatr tamaşaçıya, xalqa məxsusdur. Biz tamaşaçı üçün işləyirik. Rəhbərlik teatrda hegemonluq edir. Mən artıq yorulmuşam”.
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib