"Yay imtahan sessiyası keçiriləcək, təhsil haqlarına gəldikdə isə..." - Nazirlik açıqlama yaydı
05-06-2020 [14:41]
Yay imtahan sessiyasının keçirilməsi barədə ali və orta ixtisas müəssisələrinin təklifləri əsasında Nazirlər Kabinetinin və Təhsil Nazirliyin qərarları var və onlar hazırda qüvvədədir.
Mia.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, imtahan sessiyasının tamamilə ləğv edilməsi bu dövr ərzində məsafədən tədrisdə iştirak edən on minlərlə tələbələrə və onlara dərs deyən müəllimlərə münasibətdə əsassız və haqsız, habelə qazanılmış kreditlərin tanınmasına, növbəti semestr tələbələrin təqaüd almasına maneə törədə və tələbənin xeyrinə olmayacaq digər nəticələrə səbəb ola bilər:
"Bununla belə, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə).
Sessiyada iştirak etməyə hazır olan, mart-aprel ayından başlayaraq təşkil edilmiş məsafədən tədrisə qoşulmuş 100 mindən artıq tələbə ilə yanaşı, bu prosesdə iştirak edə bilməyən tələbələr də var və bu da nəzərə alınır. Məhz bu məqsədlə verdiyimiz qərarda da bu tələbələr üçün avqust-sentyabr aylarında əyani və ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq (bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidir). Eyni zamanda, bu yay sessiyasının ədalətli və mövcud şəraitin hamı üçün yaratdığı çətinlikləri nəzərə almaqla keçirilməsinə, şikayətlərin operativ şəkildə baxılıb həll edilməsinə Təhsil Nazirliyi bilavasitə nəzarət edəcək.
Hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur:
Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-teleb.edu.az portalı fəaliyyət göstərir, həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək bu ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər. Müraciətlərin qəbulu iyunun 10-a qədər davam edir. Növbəti həftədən etibarən tələbələrə müraciətin nəticələri barədə məlumat verilməyə başlayacaq".
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay
Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
Fatih Terimin komandasını gərgin oyunlar gözləyir
Müğənni: "Heç vaxt o geyimdə məclis idarə etmərəm"
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
AVRO-2024: hakimlərin adları açıqlandı - SİYAHI
Deputatlar arasında "atışma": "Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi"
Polis əməliyyatı: Astara sakini 51 kq narkotiklə tutulub
PA rəhbəri, işçiləri, İcra Hakimiyyəti əməkdaşları...- Vəzifəli şəxslərin təsnifatında dəyişiklik edildi (YENİ QANUN)
Sabah rayonlara yağış yağacaq
Füzuli şəhərinə daha 150 nəfər köçürülüb
Azərbaycanla Albaniya arasında viza tələbi ləğv olunur
Körpələr evində mənimsəmə: cinayət işi açılıb
Hacı Şahinin “YouTube” kanalı bərpa olunub
Direktorun cinayət işi məhkəməyə göndərildi
Zahid Oruc: "Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsl sahibi İlham Əliyev özü gələcək” - VİDEO
Prezident İlham Əliyev Zelenskini Bakıya dəvət edib
Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqlənib
İsmail Kartal: "Qarşıda 5 oyun var, çempion olacağımıza inanıram..."
Məhkəmə Əvəz Zeynallı ilə bağlı daha bir qərar verdi
Milli Məclis daha 18 qanuna dəyişiklik edəcək - SİYAHI
Hüquq müdafiəçisindən Qubad İbadoğlu haqda qərara şərh: "Bu variant daha çox tətbiq olunmalıdır..."
İsrail ordusu fələstinlilərin yaşadığı əraziyə növbəti hücum edib - Ölən və yaralılar var
Abel Məhərrəmovla polkovnik arasında torpaq qalmaqalı: "Keçmiş rektor zəbt eədiyi torpağımdan çıxmaq istəmir..."
Sumqayıt Regional Mərkəzinə rəis müavini təyin olunub
Almaniyada "zombi məzarı" tapılıb - FOTO
Rusiya Kiyev və daha bölgəyə hücum edib, yaralılar var - Açıqlamalar
“Beşiktaş”ın keçmiş futbolçusu baş məşqçi təyin olunub
Goranboy rayonunda zəlzələ olub
Türk model ABŞ-da öldürüldü, daha sonra isə.... - FOTO
İlkay Gündoğan "Barselona"dan ayrılır
Polşada NATO-nun təlimlərində ispan hərbçi ölüb - Açıqlamalar
İsrail ordusundan daha bir istefa - General "gedirəm" dedi