Liviyada "Qəzəb vulkanı” əməliyyatı: generalın silahlıları paytaxtdan təmizləndi

img

04-06-2020 [15:09]


Liviyanın Milli Barışıq Hökuməti ölkə paytaxtı Tripolini marşal Xəlifə Hafterin silahlılarından təmizləyərək, şəhərə nəzarəti bərpa edib.

Mia.az Türkiyə mətbuatına istonadla xəbər verir ki, Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan hökumətini Türkiyə də dəstəkləyir. 

Bildirilib ki, “Qəzəb vulkanı” adlı əməliyyat nəticəsndə Hafterin silahlı qüvvələrinin nəzarəti altında olan Tripoli tamamilə azad edilib. 

Bundan başqa, səhər saatlarında Qəsr bin-Qaşir, Suq əl-Ximes və Vadi əl-Rabi rayonları Hafterin qanunsuz sayılan silahlı birləşmələrindən təmizlənib. 

Tripoli və qanunsuz silahlı birləşmələrdən təmizlənən ərazilərin sakinləri küçələrə çıxaraq atəşfəşanlıq ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR