DİM rezidenturaya qəbul imtahanına hazırlaşan namizədlərə müraciət edib

img

04-06-2020 [14:15]


Dövlət İmtahan Mərkəzi otk.az portalına rezidenturaya qəbul imtahanının ikici mərhələsi üzrə yeni variant ödənişsiz onlayn sınaq imtahanı əlavə edib. 

Sınaq imtahanının test tapşırıqları tam yenidir və əvvəllər istifadə olunmayıb.

İmtahana buradan yazıla bilərsiniz. Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınızla düzgün cavabları müqayisə edə biləcəksiniz.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış ola bilərsiniz./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA