Ermənistanın sərhədlərini on gün müddətinə bağlayacağı gözlənilir

img

04-06-2020 [12:41]


Ermənistan koronavirusa yoluxanların sayına görə 251 ölkə arasında 28-ci yerdədir.

Məlumatı “Past” yayıb.

Bildirilib ki, Ermənistan hakimiyyəti ölkədə nəzarət edilməyəcək epidemioloji şərait yarandığını etiraf edib.

Baş nazirin müavini Tiqran Avinyan ötəngünkü toplantıda növbəti daha sərt məhdudlaşdırcı tədbirlərin tətbiq olunacağını istisna etməyib. O qeyd edib ki, məhdudlaşdırıcı tədbirlərə ayrı-ayrı qurumların, o cümlədən ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması daxil deyil. 

Həftə sonunadək yeni məhdudlaşdırıcı tədbirlərin elan olunacağı gözlənilir. Hakim komandanın yaydığı məlumata əsasən, Ermənistana giriş-çıxış 10 gün müddətinə bağlana bilər.

Xatırladaq ki, hazırda İranla Ermənistan arasında gediş-gəliş mövcuddur./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR