Ermənistanda daha 697 nəfər koronavirusa yoluxub

img

04-06-2020 [10:04]


Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub.

“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”da canlı yayımda bildirib.

“697 yeni yoluxma faktı qeydə alınıb. Bu o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil”, - N.Paşinyan vurğulayıb.

Baş nazirin sözlərinə görə, 6 nəfər koronavirusdan ölüb, koronavirus diaqnozu qoyulmuş daha 9 nəfər isə başqa səbəblərdən vəfat edib.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 11 221-ə yüksəlib. Virusdan ölənlərin sayı isə 176 nəfərə çatıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR