Samir Şərifov: “Dövlət borcunun idarə olunması strategiyamıza düzəlişlər edəcək”

img

02-06-2020 [23:46]


“Dünən Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyev və qurum arasında keçirilən videokonfransda ölkə başçısı Azərbaycandakı vəziyyət, pandemiyaya qarşı görülən tədbirlər barədə məlumat verdi".

Bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Asiya İnkişaf Bankı lazım gəldikdə Azərbaycana maliyyə, texniki yardım göstərilməsi istiqamətində hazır olduğunu bildirib. Bununla əlaqədar Prezident bir neçə istiqamət üzərində dayanıb. Bu istiqamətlər üzrə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edilməsi və müəyyən kreditlərin və texniki ekspertizanın cəlb edilməsi tapşırılıb:

"Bu sahələr əsasən su ehtiyatlarının idarə edilməsi, Naxçıvan Muxtar Respublikasında irriqasiya layihəsinin həyata keçirilməsi, xüsusi ilə peşə-təhsil sisteminin təkmilləşdirilməsi məsələsi daxildir. Həmin ölkələrin bu sahədə böyük təcrübəsi var və işlər yüksək səviyyədə qurulub".

O vurğulayıb ki, Asiya İnkişaf Bankı bu sahə üzrə xüsusi proqram-layihəni həyata keçirilməsini təklif edir: "Prezident İlham Əliyev bu məsələyə müsbət rəy verib.

Bundan başqa, dəmir yolu layihəsi barədə də fikir mübadiləsi aparılıb. Bildiyiniz kimi, Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyi Bakı-Yalama dəmir yolunun yenidən qurulması üçün kredit ayrıb.

Bu layihələri, sektoru yaxşı bildiklərinə görə, cənab Prezident dəmir yolu xəttini cənub sərhədimizə qədər uzadılması məsələsini qaldırdı və onlar da maraqlı olduqlarını bildirdilər. Həmin istiqamətdə aidiyyəti qurumlar tərəfindən işlər həyata keçiriləcəkdir.

Prezident Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə bu yaxınlarda video görüşündə bəzi layihələrin həyata keçirilməsi müzakirə olunmuşdu. Bununla əlaqədar müvafiq araşdırmalar aparıldıqdan sonra biz dövlət borcunun idarə edilməsi üzrə strategiyamıza müəyyən düzəlişlərin edilməsi məcburiyyətində qalacağıq, çünki bugünkü strategiya daha çox konservativ idi. Yəni limit var idi və bu borclanmalar nəzərdə tutulmamışdı. Bununla bağlı təkliflərimizi hazırlayıb, hökumətə, sonra da Prezidentə təqdim edəcəyik”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR