Ebola epidemiyası yenidən başlayıb

img

02-06-2020 [16:18]


Afrika ölkəsi olan Konqoda 6 nəfərə ebola diaqnozu qoyulub, 4 nəfər isə ölüb.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib. 

Qeyd edək ki, ÜST 3 ay öncə Konqoda ebolanın sona çatdığını açıqlamışdı. Ebola Qərbi Afrikada 2014-cü ildə başlayan və 11 mindən çox insanın həyatına son qoyan epidemiyadır. 

2018-ci ilin avqust ayında epidemiya yenidən alovlanıb və indiyədək 3 444 yoluxma faktı qeydə alınıb. Onlardan 2 264 nəfəri ölüb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR