Xalq artistinin məzarı üzərində abidəsi ucaldılıb

img

02-06-2020 [14:15]


Xalq artisti Arif Məlikovun məzarı üzərində abidəsi ucaldılıb. 

Bu barədə abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov məlumat verib. 

O bildirib ki, mərhum bəstəkarın qəbirüstü abidəsi ildönümü ərəfəsində ucaldılıb: “Sadəcə, karantinə görə bir neçə nəfərlə məzarını ziyarət elədik, geniş açılış mərasimi keçirilmədi”. 

Qeyd edək ki, Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib. O, Fəxri Xiyabanda dəfn edilib/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR