Ermənistanda daha 517 nəfərdə koronavirus aşkarlanıb

img

02-06-2020 [11:02]


Ermənistanda daha 517 nəfərdə koronavirus aşkarlanıb, 19 nəfər ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 10 009-a yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 19 nəfər artaraq 158-ə çatıb.

Bildirilib ki, indiyədək 3 427 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 6 368 aktiv koronavirus xəstəsi var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR