Putin Rusiya konstitusiyasına dəyişikliklə bağlı səsvermə tarixini təsdiqləyib

img

01-06-2020 [18:09]


Rusiya prezidenti Vladimir Putin iyulun 1-ni Rusiya Federasiyası konstitusiyasına dəyişikliklə bağlı səsvermənin başlanğıc günü kimi təsdiqləyib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Rusiya dövlət başçısı MSK, “Rospotrebnadzor” və regionların rəhbərlərinə məntəqələrdə tam təhlükəsizliyin təmin edilməsi üçün göstəriş verib.

Daha əvvəl konstitutsiyaya dəyişikliklərlə bağlı səsvermə aprelin 22-nə təyin edilsə də, martın sonlarında koronavirus infeksiyasının yayılması səbəbindən V.Putin onun ertələndiyini elan etmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR