Adil Qeybulla: "Karantin qaydaları yenidən sərtləşdirilməlidir"
01-06-2020 [16:55]
Azərbaycanda koronavirusa yoluxanların sayı 5 min nəfəri ötüb. Üstəlik, son bir ayda yoluxma sayında artım davam etməkdədir, ötən gün 250-dən çox yoluxmaq qeydə alınıb. Bu, Azərbaycan üçün rekorddur. Eyni zamanda 3 428 insan artıq sağalıb, 63 ölüm halı qeydə alınıb. 2 003 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bəs mütəxəssislər bu rəqəmlər barədə nə düşünür? Vəziyyət daha təhlükəli hal almaması üçün nə kimi tədbirlər görülməlidir?
Professor Adil Qeybulla "Report"a açıqlamasında deyib ki, son günlər Azərbaycanda koronavirusa yoluxan şəxslərin sayının artmasına səbəb insanların karantin qaydalarına düzgün riayət etməməsidir:
"Hətta evdən çıxmaq üçün icazə alınması müddətində belə qonaq gedirdilər, ziyafət verirdilər, insanlarla çox ünsiyyətdə olurdular. Bu da xeyli sayda potensial yoluxmaya gətirib çıxardı”.
“Bu gün görünən odur ki, yumşalma tədbirlərindən əvvəl bəzi təlimatlar vaxtında hazırlanmamışdı. Əslində bu, yumşaldılma olmazdan əvvəl olmalı idi. İnsanların həmin müddətdəki davranışları ilə bağlı təlimatlar gecikdi. Misal olaraq, fəaliyyətinə icazə verilən hər hansı xırda ərazili obyektə bir anda çox sayda insan daxil ola bilər. Müəyyən gecikmələr olduğundan vətəndaşlar da məsuliyyətsizlik edirdi. Bu da istər-istəməz yoluxmaların artmasına gətirib çıxarırdı. Sanki ölkədəki vəziyyəti taleyin ümidinə buraxılıb. Belə olan halda kollektiv yoluxmaya gedilir” - deyə, mütəxəssis qeyd edib.
A.Qeybulla hesab edir ki, karantin qaydaları yenidən sərtləşdirilməlidir:
“Bu da o deməkdir ki, sosial həyat əvvəlki kimi davam etsə də, insanlar bir müddət mütləq maska taxmalı, sosial məsafə saxlanılmalı, gigiyena qaydalarına ciddi riayət edilməsi zərurəti yaranmadılır. Əgər bunu etməsək ətrafdakılar üçün problem yaradarıq. Müəyyən mütəxəssislər insan psixologiyasına təsir etməyin yolunu tapmalıdır. Vətəndaş məsuliyyətsizliyi sosial şəbəkələrdə də hiss olunur. Onlar virusun olmasına adekvat yanaşmırlar”.
“Xəstəliyin artması xəstəxanalarda yerlə bağlı problem yaradacaq” - deyən ekspert əlavə edib ki, belə olacağı təqdirdə xəstəliyi yüngül keçirən şəxslərin müalicəsi ev şəraitində davam etdiriləcək:
“Bugünkü artım tendensiyası insanların qoyulan qaydalara düzgün riayət edilməsi nəticəsində azala bilər. Xaricdən gələn vətəndaşların sayı ölkə daxilində olan xəstə insanların sayından olduqca aşağıdır. Bir nəfərin bir saniyədə 5-6 nəfəri yoluxdurma potensialı var. Ona görə də insanların biganə davranışını qınamalıyıq”.
Qeyd edək ki, indiyədək dünyada 6 milyondan çox insan bu virusa yoluxub, onlardan 400 minə yaxını dünyasını dəyişib, 3 milyona yaxın insan sağalıb.
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib