Elçibəyin Klintona Kəlbəcərin işğalı ilə bağlı yazdığı məktub üzə çıxdı: “Bu, çox təhlükəli məqsəddir..." - SƏNƏD
01-06-2020 [13:25]
Bill Klintonun kitabxanası Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1993-cü ilin aprelində ABŞ prezidentinə yazdığı məktubun üzərindən məxfiliyi götürüb.
Bu məktub Kəlbəcərin işğal olunduğu gün Prezident Əbülfəz Elçibəy tərəfindən təcili göndərilib. Sənəddə qeyd olunur ki, dövlət başçısının məxfi məktubunu beynəlxalq məsələlər üzrə müşavir Vəfa Quluzadə ABŞ-ın Azərbaycandakı səfirliyinə təqdim edib.
Əbülfəz Elçibəy Bill Klintona yazdığı məktubda Kəlbəcərin Ermənistan tərəfindən işğal olunduğunu bildirir və bunu həmin vaxt aparılan danışıqlara zidd olduğunu vurğulayır.
“Cənab Prezident! Yaranmış vəziyyət məni sizə müraciət etməyə məcbur etdi. Cenevrədə və Ankarada martın 27-da ATƏM-in vasitəçiliyi ilə aparılan danışıqlar gedən zaman erməni ordusu vəziyyətin eskalasiyasına başlayaraq Azərbaycanın Kəlbəcər rayonunu nəzarət altına almaq üçün hərbi aviasiyadan, ağır texnikadan istifadə edərək hucuma keçib.
Onlarla yaşayış məntəqəsi məhv edilib, içərisində qadın və uşaqların olduğu yüzlərlə dinc sakin öldürülüb. 60 min vətəndaşın həyatı təhlükə altına düşüb. Ermənilər onları ətrafdan təcrid edərək mühasirəyə almağa çalışır”.
Prezident daha sonra məktubda qeyd edir ki, bu hadisə Ermənistanın guya blokadada olması barədə dünyaya yaydığı yalanı ortaya qoyur: “Biz dünyaya bəyan etmişdik ki, qonşumuzun enerji, yanacaq və yemək çatışmamazlığı barədə şikayətləri, blokadada “boğulmaları” barədə dedikləri dünya ictimaiyyətini aldatmaq üçün yaxşı təşkil edilmiş blefdir”.
Azərbaycan Prezidenti məktubda daha sonra yazır ki, Ermənistanın əsas məqsədi Azərbaycan ərazilərini özünə birləşdirməkdir: “Bu, çox təhlükəli məqsəddir. Bu, Dağlıq Qarabağda ikinci dəhlizi aça, müstəqil Azərbaycanın ərazilərinin 20 faizini əhatə edə bilər”.
Məktubun sonunda Elçibəy Bill Klintona müraciət edib: “Hörmətli Prezident! Mən sizə həlak olan qadın və uşaqların adından, ədalət və demokratiya naminə müraciət edirəm. Siz bütün imkanlardan istifadə edərək Azərbaycana qarşı bu təcavüzü və soyqırımı dayandırasınız!
Hörmətlə Əbülfəz Elçibəy”.
Ağ Evdə qeydiyyatdan keçmiş məktuba verilən şərhdə qeyd olunub: “Prezident Elçibəy aprelin 1-də axşam Prezidentlə telefon əlaqəsi saxlaya biləcək”.
Qeyd edək ki, 1993-cü ilin aprelin 1-də Ermənistan ordusu Kəlbəcəri işğal edib. Bununla da aparılan danışıqlarda Kəlbəcər mühüm detala çevrilir.
Kəlbəcərin Ermənistan tərəfindən işğalı ilə bağlı ABŞ prezidenti Bill Klinton Azərbaycan Prezidentinə məktub göndərərək, ermənilərin Kəlbəcəri işğal etməsini pisləyib.
Həmin dövrdə ABŞ Türkiyə və Rusiya ilə birlikdə erməni silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılması və münaqişənin ATƏM çərçivəsində danışıqlar yolu ilə aradan qaldırılması planının hazırlanmasında və onun həyata keçirilməsi istiqamətində səylər göstərib.
1993-cü ilin may-iyun aylarında ABŞ-ın Dövlət Departamentinin Dağlıq Qarabağ problemi üzrə danışıqlarda nümayəndəsi Con Mareska və yeni müstəqil dövlətlərlə əlaqələr üzrə müşaviri Stroub Talbott Bakıya səfər edərək sülh planını müzakirə ediblər.
Lakin Azərbaycanda polkovnik Sürət Hüseynovun iyun ayında qaldırdğı hərbi qiyam Prezident Elçibəyin və AXC hakimiyyətinin devrilməsi ilə nəticələndi. Bundan sonra Ermənistan əldə edilmiş razılaşmalardan imtina etdi. /qazet.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb