"Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm" - Roma Papası Azərbaycan Prezidentinə məktub göndərdi

"Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm" - Roma Papası Azərbaycan Prezidentinə məktub göndərdi

GÜNDƏM

31.05.2020, 15:40

Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mia.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və bütün həmvətənlərinizə ən xoş arzularımı yetirirəm. Xüsusilə COVID-19 pandemiyasının tüğyan etdiyi bu çətin zamanda Ulu Tanrı bütün insanlara daha ədalətli və mehriban cəmiyyət qurmaq üçün ləyaqətli, təhlükəsiz və sağlam mühitdə yaşamağı nəsib etsin.

Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR