Vəzifəli şəxsə 3 bıçaq zərbəsi vuruldu - Azərbaycanda

img

30-05-2020 [13:57]


Bərdədə bıçaqlanma olub.

Hadisə rayonun Şərifli kəndində qeydə alınıb. Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova 3 bıçaq zərbəsi endirib.

Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Orxan Fərəcbəyli qaçmağa cəhd etsə də, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov “Azərtoxum” MMC-nin direktorudur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR